...

2 aprel aksiyasında həbs olunanların işinə baxacaq hakim məlum oldu

Cəmiyyət Materials 29 İyun 2011 15:17 (UTC +04:00)
İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işinə baxacaq hakim məlum olub.
2 aprel aksiyasında həbs olunanların işinə baxacaq hakim məlum oldu

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/

İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işinə baxacaq hakim məlum olub.

Bakının Səbail rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, təqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov barəsində cinayət işi baxılması üçün hakim Elnur Həsənovun icraatına verilib.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qanunsuz aksiyanın keçirilməsinin təşkilində iştirak etmiş və cinayətdə fəallığı ilə seçilən digər şəxslərin də müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti