Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan kolbasa və kolbasa məmulatlarının təhlükəsizlik göstəricilərini öyrənmək məqsədilə yoxlamalara başlayıb. Bu barədə Trend-ə RGEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.
O bildirib ki, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı ticarət mərkəzlərində aparılacaq. Mərkəz ticarət mərkəzləri ilə yanaşı, istehsal müəssisələrindəki kolbasa və kolbasa məmulatlarının da təhlükəsizlik göstəricilərini yoxlayacaq.
Səhiyyə Nazirliyi kolbasaların təhlükəsizlik göstəricilərini yoxlayır
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan kolbasa və kolbasa məmulatlarının təhlükəsizlik göstəricilərini öyrənmək məqsədilə yoxlamalara başlayıb.
