...

Azərbaycanda Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Cəmiyyət Materials 19 İyul 2011 15:27 (UTC +04:00)
Azərbaycan hökuməti Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib.
Azərbaycanda Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan hökuməti Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nazirlər Kabinetindən bildirilib.

Siyahıda 33 ali təhsil müəssisəsi və onların filiallarının, iki əlavə təhsil müəssisəsinin, 45 orta ixtisas təhsili müəssisəsinin, 113 ilk peşə-ixtisas təhsili müəssisəsinin, 56 internat, təmayüllü ümumi təhsil müəssisəsinin, 6 uşaq evinin, dörd məktəbəqədər təhsil müəssisəsinin, 20 məktəbdənkənar təhsil müəssisəsinin, 12 Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatın və 10 təsərrüfathesablı təşkilatın adları yer alıb.

Xəbər lenti

Xəbər lenti