...

Azərbaycanın media nümayəndələrinə mükafatlar təqdim edilib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2011 10:35 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın media nümayəndələrinə mükafatlar təqdim edilib (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər iyulun 22 23:42-də yayılıb)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat gününə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan hökümətinin mətbuatın inkişafında maraqlı olduğunu bildirib.

"Azərbaycanın dövlət siyasəti jurnalistlərin kənar təsirlərdən azad olmasına, medianın inkişaf etməsinə yönəlib. Azad söz, azad media Azərbaycan inkişafının tərkib hissəsinə çevrilib. Azərbaycanın dövlət siyasəti ona yönəlib ki, azad mətbuat inkişaf etsin, jurnalistlərin sosial vəziyyəti yaxşılaşsın", - Həsənov əlavə edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında deyib ki, Azərbaycanda azad söz sahəsində çoxlu işlər görülüb.

"Ölkədə medianın azadlığı üçün liberal qanunvericilik mövcuddur. "Diffamasiyadan müdafiə haqqında" qanun layihəsi qəbul olunduqdan sonra media sahəsindəki qanunvericilik tamamilə mükəmməlləşəcək", - Amaşov əlavə edib.

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında bildirib ki, Azərbaycanda mətbuatın inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir.

"Bu diqqətin nəticəsi olaraq KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası hazırlanıb. Hazırda jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və peşakarlığının artırılması istiqamətində çoxsaylı işlər görülür", - Səfərli əlavə edib.

Sonra tədbirdə Mətbuat Şurasının təsis etdiyi "Ali Media" mükafatı sahibkarlarına təqdim edilib.

I dərəcəli "Ali Media" mükafatı Şamil Vəliyevə və Nəsiman Yaqubluya təqdim edilib.

II dərəcəli mükafat Aslan Aslanova, Rauf Arifoğluna və Əhməd İsayevə təqdim olunub.

III dərəcəli mükafat Tahir Aydınoğluna, Flora Xəlilzadəyə, Arzu Şirinova, Məzahir Əhmədova və İlqar Hüseynova təqdim edilib.

Daha sonra Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 22 İyul - Milli Mətbuat gününə həsr olunmuş Fərdi Jurnalist Yazıları müsabiqəsinin qaliblərini təqdim edib.

Xəbər lenti

Xəbər lenti