...

Şamaxı Rəsədxanasının yenidən qurulması bir ildən sonra yekunlaşacaq

Cəmiyyət Materials 25 İyul 2011 15:52 (UTC +04:00)
Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması 1 ildən sonra yekunlaşacaq.
Şamaxı Rəsədxanasının yenidən qurulması bir ildən sonra yekunlaşacaq

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.Isabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması 1 ildən sonra yekunlaşacaq. Bunu bazar ertəsi Trend-ə rəsədxananın direktoru Əyyub Quliyev deyib.

Onun sözlərinə görə, rəsədxananın yenidən qurulması ilə bağlı artıq iki ildir ki, işlər aparılır.

Quliyev deyib ki, artıq Şamaxıdan rəsədxanaya yol, əraziyə qaz, su xətti çəkilib. Hazırda əraziyə elektrik enerjisi xətti çəkilir.

Artıq rəsədxananın işçiləri üçün iki 5 mərtəbəli yaşayış binası, tibb otağı və onların uşaqları üçün bağça tikilir.

Astroloq qeyd edib ki, rəsədxana üçün əlavə cihazlar da alınacaq. Bu isə astroloji görüntülərin daha yaxşı izlənilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti