...

Magistraturaya qəbul imtahanları ilə bağlı şikayətlərin araşdırılmasına başlanılıb

Cəmiyyət Materials 26 İyul 2011 10:43 (UTC +04:00)
Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.
Magistraturaya qəbul imtahanları ilə bağlı şikayətlərin araşdırılmasına başlanılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə axşamı Trend-ə bildirib ki, Apelyasiya Komissiyası iyulun 28-dək vətəndaşların magistraturaya qəbulla bağlı müraciətlərini araşdıracaq.

Nağızadənin sözlərinə görə, bır sıra hallarla əlaqədar müraciətlərə baxılmayacaq. Belə ki, bakalavrın ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verməsi, imtahan qaydalarını pozması, bir ali məktəbdən başqasına köçürülməsi, təhsil formasının və ya ixtisasın dəyişdirilməsi, təhsil haqqının ödənilməsi ilə bağlı müraciəti araşdırılmayacaq.

"Ali təhsil müəssisələrinin magistraturalarına qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmur. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq", - Nağızadə deyib.

Xəbər lenti

Xəbər lenti