...

"Nə? Harada? Nə vaxt?" oyunu üzrə Cənubi Qafqaz kubokunu Azərbaycan komandası qazanıb

Cəmiyyət Materials 1 Avqust 2011 13:09 (UTC +04:00)
Batumidə ənənəvi olaraq "Nə? Harada? Nə vaxt?" intellektual oyunu üzrə Cənubi Qafqazın 13-cü çempionatı keçirilib. Oyunda Azərbaycan, Gürcüstan və Ermənistan yığmaları yarışıblar.
"Nə? Harada? Nə vaxt?" oyunu üzrə Cənubi Qafqaz kubokunu Azərbaycan komandası qazanıb

Gürcüstan, Tbilisi, 1 avqust /Trend, müxbir N.Kirsxaliya/

Batumidə ənənəvi olaraq "Nə? Harada? Nə vaxt?" intellektual oyunu üzrə Cənubi Qafqazın 13-cü çempionatı keçirilib. Oyunda Azərbaycan, Gürcüstan və Ermənistan yığmaları yarışıblar. Ümumilikdə 52 komanda mübarizə aparıb. Bunlardan 23-ü Gürcüstanı təmsil edib. Yarışın qalibi Azərbaycan komandası olub.

Turnirin münsiflər heyətinə "Billur bayquş" mükafatı laureatı Aleksandr Druzlə yanaşı, digər məşhurlar daxil olublar.

İndiyədək keçirilmiş 12 çempionatda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qələbə qazanıb.

Çempionat Batumi meriyası və şəhər şurasının, Acarıstan Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti