...

Azərbaycanda ali məktəbə qəbul imtahanlarında iştirak etmiş 1610 abituriyent ixtisas seçimi etməyib

Cəmiyyət Materials 3 Avqust 2011 11:40 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi başa çatıb.
Azərbaycanda ali məktəbə qəbul imtahanlarında iştirak etmiş 1610 abituriyent ixtisas seçimi etməyib

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Trend-ə verdiyi məlumata görə, ixtisas seçimi iyulun 22-dən avqustun 2-dək (saat 00:00-dək) internet vasitəsilə aparılıb.

Bu mərhələdə abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edərək, ixtisas seçimi ərizələrini təsdiqləyiblər.

Nağızadə deyib ki, I ixtisas qrupu üzrə 9818, II qrupda 9645, III qrupda 9720, IV qrupda 4988 nəfərin, ümumilikdə 34 171 abituriyentin müsabiqədə iştirak hüququ var idi. Onlardan 32 561 nəfəri ixtisas seçimi ərizəsini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti