...

Azərbaycan avarçəkəni London Olimpiyadasına lisenziya qazanmağa yaxındır

Cəmiyyət Materials 29 Avqust 2011 13:37 (UTC +04:00)
Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürüb.
Azərbaycan avarçəkəni London Olimpiyadasına lisenziya qazanmağa yaxındır

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürüb. Yarışda çıxış edən Azərbaycan avarçəkənləri ilkin mərhələni adlamağı bacarıblar.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildirilib ki, Olimpiya təyinatlı qayıqlarla kişilərin mübarizəsində 1 nəfərlik qayıqda (M1X) yer alan Aleksandr Aleksandrov seçmə yürüşdə 2000 metr məsafəni 6 dəqiqə 58,06 saniyəyə qət edərək, finişə 3-cü çatıb. O, Yeni Zelandiyadan olan Meyh Drizdeyl (6:52.30) və xorvatiyalı Mario Vekiçdən (6:54.48) geri qalsa da, ötənilki dünya çempionu, İranın milliyyətcə azərbaycanlı avarçəkəni Mohsen Şadi Naqade (7:04.49), italiyalı Leopoldo Sansone (7:13.83) və israilli Dani Fridmanı (7:14.40) qabaqlamağı bacarıb. Qaydalara əsasən, Aleksandrov ilk "3-lüy"ə düşdüyündən, ¼ finala vəsiqə qazanıb.

Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq.

Aleksandr Aleksandrov ilk "11-liy"ə düşəcəyi halda, London Olimpiadasına lisenziya qazanacaq.

Xəbər lenti

Xəbər lenti