...

Azərbaycan diasporu Almaniyanın Maqdeburq şəhərinin rəhbərliyini Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2011 15:04 (UTC +04:00)
Azərbaycan diasporu Almaniyanın Maqdeburq şəhərinin rəhbərliyini Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb.
Azərbaycan diasporu Almaniyanın Maqdeburq şəhərinin rəhbərliyini Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan diasporu Almaniyanın Maqdeburq şəhərinin rəhbərliyini Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb.

Sentyabrın 1-də Almaniyanın Maqdeburq şəhər İcra Hakimiyyətinin başçısı Lutz Trumper Saxhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyevlə Maqdeburqda yaşayan azərbaycanlılarla bağlı ətraflı fikir mübadiləsi aparıblar. Bu barədə cümə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

Trumper Maqdeburqda yaşayan azərbaycanlıların fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanın onun üçün böyük maraq kəsb etdiyini vurğulayıb. O, Saxhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəal və uğurlu işlədiyini qeyd edib.

Maqdeburq şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycanın xəritəsi ilə maraqlanıb, Dağlıq Qarabağ məsələsinə də toxunub. Niftəliyev Qarabağ həqiqətləri barədə Trumperə ətraflı məlumat verib. Görüşün sonunda Yaşar Millnitts Niftəliyev Maqdeburq şəhəri İcra Hakimiyyətinin başçısına Azərbaycan haqqında kitablar, CD-lər hədiyyə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti