...

Azərbaycanda duz istehsalının monitorinqinə başlanılıb

Cəmiyyət Materials 6 Sentyabr 2011 14:04 (UTC +04:00)
Azərbaycan Duz İstehsalçıları Assosiasiyası (ADİA) yerli duz bazarında fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin monitorinqinə başlayır. Bu barədə çərşənbə axşamı Trend-ə ADİA-dan məlumat verilib.
Azərbaycanda duz istehsalının monitorinqinə başlanılıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Duz İstehsalçıları Assosiasiyası (ADİA) yerli duz bazarında fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin monitorinqinə başlayır. Bu barədə çərşənbə axşamı Trend-ə ADİA-dan məlumat verilib.

Satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar respublika ərazisində yerləşən müxtəlif göllərdən toplanan duzların hesabına istehsal olunur.

Mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablarda qablaşdırılmış duzların satışı davam edir. Bakı şəhərində və respublika ərazisində çörəkbişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən, mənşəyi bəlli olmayan, təhlükəli duzlardan istifadə olunur.

Xəbər lenti

Xəbər lenti