...

Qaradağ rayonu məişət tullantılarından təmizlənib

Cəmiyyət Materials 17 Sentyabr 2011 14:25 (UTC +04:00)
Qaradağ rayonunun Şıxlar bağ massivi ərazisində keçirilən iməcilikdə 35 hektar ərazi 12 kubmetrə qədər məişət tullantısından təmizlənib.
Qaradağ rayonu məişət tullantılarından təmizlənib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Qaradağ rayonunun Şıxlar bağ massivi ərazisində keçirilən iməcilikdə 35 hektar ərazi 12 kubmetrə qədər məişət tullantısından təmizlənib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

İməcilik Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar şənbə günü ETSN əməkdaşları ilə yanaşı, yerli icra strukturları, QHT, bələdiyyələr və özəl təşkilatların 200 nəfərə yaxın nümayəndəsinin iştirakı ilə keçirilib.

"Tədbirin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır", - İbrahimova deyib.

Beynəlxalq Sahilyanı Təmizlik Aksiyası çimərliklərin, daxili suların, okeanın zibil və tullantılardan təmizlənilməsi məqsədilə hər il həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti