...

"Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" tvinninq layihəsinə yekun vurulub

Cəmiyyət Materials 19 Sentyabr 2011 12:39 (UTC +04:00)
Litvanın Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.
"Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" tvinninq layihəsinə yekun vurulub

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Litvanın Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nümayəndələri, QHT təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

İdarənin rəisi Kamran Əliyev bildirib ki, layihə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" və Avropa Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Aİ-nin ekspertləri ilə birgə hazırlanıb. 2009-cu ilin iyulunda layihənin Avropa Komissiyası ilə birgə həyata keçirilməsi üçün müqavilə imzalanıb.

Layihənin müddəti əvvəlcədən 22 ay müddətinə nəzərdə tutulsa da, tərəflərin qarşılıqlı razılığı ilə daha 5 ay uzadılıb. Əsas məqsədi İdarənin fəaliyyət və səlahiyyətinin təkmilləşdirilməsi olan layihə 5 əsas kompanent - İdarənin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi; İdarənin korrupsiyanın qarşısının alınması sahəsində müxtəlif tərəfdaşlarla qarşılıqlı əməkdaşlığının təkmilləşdirliməsi; İdarə əməkdaşlarının peşəkarlığının artırılması; onların təlim bacarıqlarının təkmilləşdirlməsi və beynəlxalq korrupsiya cinayətləri ilə işləmək vərdişlərinin inkişaf etdirilməsi - üzrə həyata keçirilib.

Litvanın Xüsusi İstintaq Xidməti rəhbərinin birinci müavini Aydenas Karpus çıxışında layihəni yüksək qiymətləndirib.

Karpus deyib ki, layihə çərçivəsində hazırlanmış təkliflər əsasında İdarənin səlahiyyətləri, strukturu və ştat sayında əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsinə, İdarə əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasına nail olunub.

Onun sözlərinə görə, layihə başa çatsa da, Litvanın Xüsusi İstintaq Xudməti ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında əməkdaşlıq davam edir.

Bu il aprelin 26-da iki qurum arasında davamlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xəbər lenti

Xəbər lenti