...

Azərbaycanda bloqçuların şəbəkəsi yaradılıb

Cəmiyyət Materials 21 Sentyabr 2011 12:53 (UTC +04:00)
Azərbaycanda bloqçuların şəbəkəsi yaradılıb
Azərbaycanda bloqçuların şəbəkəsi yaradılıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

"İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən Azərbaycan bloqçularının şəbəkəsi yaradılıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü Trend Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında İctimai Birliyin baş katibi Rauf Mərdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın çoxsaylı bloqerlərinin yazdığı mövzular yeni yaradılan www.weblog.az saytında yerləşdiriləcək.

"Vahid bloqun üstünlüyü ondan ibarətdir ki, oxucuların bloqçular arasında daha aktual məsələləri, daha çox oxunan mövzuları izləmək şansı yaranacaq", - Mərdiyev bildirib.

O qeyd edib ki, layihə çərçivəsində, həmçinin bloqçular arasında müsabiqə elan olunacaq.

Tədbirdə "İrəli" İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən keçirilən "WeBlog 3" - bloqçular üçün təlimlər layihəsini uğurla başa vuranlara şəhadətnamələr təqdim olunub, "WeBlog 4" layihəsinin təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti