...

Konstitusiya Məhkəməsi kapitallaşmaya yönəldilən dividendlərin vergiyə cəlb olunmasına şərh verəcək

Cəmiyyət Materials 21 Sentyabr 2011 14:30 (UTC +04:00)
Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılmasına yönəldilən dividendlərin vergiyə cəlb edilməsi ilə bağlı məsələyə Konstitusiya Məhkəməsi aydınlıq gətirəcək.
Konstitusiya Məhkəməsi kapitallaşmaya yönəldilən dividendlərin vergiyə cəlb olunmasına şərh verəcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılmasına yönəldilən dividendlərin vergiyə cəlb edilməsi ilə bağlı məsələyə Konstitusiya Məhkəməsi aydınlıq gətirəcək.

Konstitusiya Məhkəməsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 1 saylı inzibati-iqtisad məhkəməsi Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh olunması ilə bağlı KM-ə müraciət edib.

Müraciətdə qeyd olunur ki, dividend Səhmrar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasına yönəldilən zaman səhmdarlar faktiki olaraq heç bir gəlir əldə etmirlər. Bu halda dividentlərdən verginin tutulub-tutulmaması mübahisə yaradır.

KM-dən bu məsələnin araşdırılması və Məcəllənin qeyd olunan müddəasının şərh olunması xahiş olunur.

Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Vergi Məcəlləsinə görə, dividenddən tutulan vergi 10 faiz təşkil edir.

KM müraciəti icraata qəbul edib və müraciət üzrə sentyabrın 29-da Plenumun iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti