...

Azərbaycanın London Yay Olimpiya Oyunlarına 17-ci lisenziyasını qazanıb

Cəmiyyət Materials 22 Sentyabr 2011 11:01 (UTC +04:00)
Azərbaycanın 17-ci idmançısı London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanın London Yay Olimpiya Oyunlarına 17-ci lisenziyasını qazanıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın daha bir idmançısı London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə,
sentyabrın 20-də Danimarkanın Kopenhagen şəhərində velosiped idman növü üzrə keçirilən dünya çempionatında Azərbaycan yığma komandasının üzvü Çalax Yelena 27.8 km məsafədə 38.08.22 nəticə göstərərək 13-cü yerə layiq görülüb.

Bu nəticə Çalax Yelenaya London Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.

Bununla da Azərbaycan yığmasının London-2012-yə qazandığı lisenziyaların sayı 17-yə çatıb.

Xəbər lenti

Xəbər lenti