...

İran Araz çayından öz payına düşən hissədən istifadə edəcək - energetika naziri

Cəmiyyət Materials 1 Oktyabr 2011 13:44 (UTC +04:00)
İran Urmiya gölünə suyun axıdılmasında Araz çayından öz payına düşən hissədən istifadə edəcək.
İran Araz çayından öz payına düşən hissədən istifadə edəcək - energetika naziri

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran Urmiya gölünə suyun axıdılmasında Araz çayından öz payına düşən hissədən istifadə edəcək. Bu sözləri İranın energetika naziri Məcid Namcu bildirib. Bu barədə Trend İranın MoJNEWS xəbər agentliyinə istinadən məlumat verir.

"Araz çayı transsərhəd çaydır və imzalanmış müqaviləyə əsasın, bu çayın 50 faizi İranın, 50 faizi isə Azərbaycanın payına düşür. Hər bir ölkənin xüsusi payı müəyən edilib. İran Araz çayından Urmiya gölünə suyu öz xüsusi payından axıtmaq niyyətindədir", - Namcu əlavə edib.

O cdeyib ki, İran indiyədək Araz çayından öz xüsusi payından lazımi istifadə etməyib.

"İmzalanmış protokola əsasən, bu, bizim haqqımızdır ki, öz xüsusi payımızdan necə istəyirik, o cür də istifadə edək", - Namcu bildirib.

O əlavə edib ki, İran başqalarına məxsus olan paydan istifadə etmək niyyətində deyil.

İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə daha öncə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı hələ ki, rəsmi müraciət etməyib.

Xəbər lenti

Xəbər lenti