...

Azərbaycanda qanunsuz fəaliyyət göstərən mehmanxana və turizm şirkətləri ilə bağlı araşdırmalar aparılır

Cəmiyyət Materials 3 Oktyabr 2011 16:43 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi ölkədə qanunsuz fəaliyyət göstərən mehmanxana, mehmanxana tipli obyekt və turizm şirkətləri ilə bağlı araşdırmalar aparır.
Azərbaycanda qanunsuz fəaliyyət göstərən mehmanxana və turizm şirkətləri ilə bağlı araşdırmalar aparılır

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkədə qanunsuz fəaliyyət göstərən mehmanxana, mehmanxana tipli obyekt və turizm şirkətləri ilə bağlı araşdırmalar aparır. Bunu bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, mehmanxana, mehmanxana tipli obyekt və turizm şirkətləri Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziya əsasında fəaliyyət göstərməlidir. Qanunsuz fəaliyyət göstərən mehmanxana, mehmanxana tipli obyekt və turizm şirkətlərinin fəaliyyəti dayandırılmalıdır.

"Hər bir mehmanxana, mehmanxana tipli obyekt və turizm şirkətləri mövcud standartlara uyğun fəaliyyət göstərməlidir. Nazirlik bu standartlara uyğun fəaliyyət göstərməyən qurumlara lisenziya vermir. Belə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti dayandırılmalıdır. Nazirlik vergi və digər müvafiq orqanların qarşısında belə məsələləri qoyur", - Qurbanov əlavə edib.

Azərbaycanda 500-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Onların 150-dən çoxu qanunsuz fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti