Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Oktyabrın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam havanın tutqun olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 19-da arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 17-22, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.