...

Azərbaycan gələn il 18 beynəlxalq turizm sərgisində iştirak edəcək

Cəmiyyət Materials 19 Oktyabr 2011 13:28 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi gələn il respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə 18 beynəlxalq turizm sərgisində iştirak edəcək.
Azərbaycan gələn il 18 beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi gələn il respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə 18 beynəlxalq turizm sərgisində iştirak edəcək. Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, gələn il ilk sərgi "Ferien Messe" adı altında yanvarın 12-15-də Avstriyada (Vyana) olacaq.

"Times Travel Show" adlanan növbəti sərgi yanvarın 27-29-da ABŞ-da, "CMT" sərgisi yanvarın 14-22-də Almaniyada (Ştuttqart) keçiriləcək.

Azərbaycan gələn il martın 7-11-də Berlində keçiriləcək "İTB", fevralın 9-12-də Türkiyədə (İstanbul) "EMİTT", fevralın 16-19-da İtaliyada (Milan) "BİT", martın 2-4-də Litvada (Vilnüs) "Vivattur", martın 21-24-də Rusiyada (Moskva) "MİTT", aprelin 14-16-da Gürcüstanda (Tbilisi) "Caucasus Tourism Fair", iyunun 14-17-də Çində (Honq-Konq) "İTE and MİCE", iyunda Şanxayda "İnternational Luxury Travel Market", aprelin 13-15-də Polşada (Varşava) "LATO Fair", 30 aprel-3 mayda Birləşmiş Ərəb Əmirliyində (Dubay) "ATM", iyunda Koreyada (Seul) "KOTFA", sentyabrın 18-21-də Fransada (Paris) "Top Resa", sentyabrın 20-23-də Yaponiyada (Tokio) "JATA", oktyabrda Ukraynada (Kiyev) "İnternational Ukraine Travel Market", noyabrın 5-8-də İngiltərədə (London) "WТМ" sərgilərində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti