...

Lənkəranda istehlakçıların hüquqlarının müdafiəsi məsələsi müzakirə olunub

Cəmiyyət Materials 21 Oktyabr 2011 15:32 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Lənkəran şəhərində "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda konfrans keçirib.
Lənkəranda istehlakçıların hüquqlarının müdafiəsi məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Hacıyev/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Lənkəran şəhərində "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda konfrans keçirib. Bu barədə cümə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cümə günü keçirilən konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Lənkəran rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-ə yaxın istehlakçı iştirak edib.

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev bildirib ki, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 10 adda 30 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında həyata keçirdiyi dövlət nəzarəti tədbirlərindən biri də yoxlama-monitorinqlərdir. 2011-ci ilin yanvar-sentyabr aylarında Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 161,6 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.

Həmin dövrdə inzibati xətaya yol vermiş sahibkarlıq subyektləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 919,4 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 210,8 min manat maliyyə sanksiyası tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti