...

Azərbaycanda həftə ərzində hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Cəmiyyət Materials 24 Oktyabr 2011 12:24 (UTC +04:00)
Yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında tutqun, yağmurlu və küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Azərbaycanda həftə ərzində hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında tutqun, yağmurlu və küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 11-14 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti