...

ÜST və Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalanacaq

Cəmiyyət Materials 27 Oktyabr 2011 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında yeni əməkdaşlıq sazişi imzalanacaq. Bu barədə cümə axşamı Trend-ə ÜST-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

ÜST nümayəndəliyindən bildirilib ki, hazırda tərəflər 2010-2011-ci illəri əhatə edən saziş çərçivəsində əməkdaşlıq edirlər. Bu sazişin müddəti artıq bitmək üzrə olduğundan yeni sənəd imzalanacaq. Yeni saziş 2012-2013-cü illəri əhatə edəcək.

Hazırda Səhiyyə Nazirliyi ilə birgə sazişdə əksini tapacaq prioritet istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılır. Yeni sazişin bu ilin sonuna kimi imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti