...

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Rusiyada səfərdə olub

Cəmiyyət Materials 1 Noyabr 2011 10:28 (UTC +04:00)
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Rusiyada səfərdə olub.
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Rusiyada səfərdə olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Rusiyada səfərdə olub.

KM-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkinin dəvəti ilə bu ölkənin Konstitusiya Məhkəməsinin 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Rusiya Prezidenti Dmitri Medvedev konfransı açaraq Konstitusiya Məhkəməsinin müasir cəmiyyətdəki rolundan, dövlətçiliyin inkişafına töhfəsindən bəhs edib,
xarici ölkələrin konstitusiya məhkəmələri arasındakı beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib, onun vacibliyini vurğulayıb.

Konfransda MDB, Avropa və dünyanın digər ölkələrinin Konstitusiya məhkəmələrinin sədrləri, tanınmış hüquqşünaslar konstitusiya hüququ mövzusunda müxtəlif müzakirələr aparıblar.

Tədbirin proqramına uyğun olaraq, Abdullayev konfransda "Azərbaycan Respublikasında konstitusiya nəzarətinin həyata keçirilməsinin praktiki problemləri" mövzusunda çıxış edib.

Səfər çərçivəsində Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirib, məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı geniş müzakirələr aparıb.

Xəbər lenti

Xəbər lenti