Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir İ.İsabalayeva/
Sabah Bakıda Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə IV Beynəlxalq Təhsil Sərgisi keçiriləcək.
Trend-in məlumatına görə, bununla bağlı cümə günü keçirdiyi mətbuat konfransında Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirib ki, sərgidə 10-a yaxın ölkədən 50-yə yaxın universitet təmsil olunacaq.
Sərginin keçirilməsində məqsəd yerli tələbələri xaricdə təhsil imkanları barədə məlumatlandırmaqdır. Sərgiyə 1500-dək ziyarətçinin gələcəyi gözlənilir.
Əliyevin sözlərinə görə, Kaspi Təhsil Mərkəzi son 4 il ərzində xaricdə təhsilin təşkil olunması işi ilə məşğul olur. Bu müddətdə 15 ölkənin 80-dək universiteti ilə tərəfdaşlıq əlaqələri qurulub.