...

Azərbaycanda Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 10 Noyabr 2011 14:04 (UTC +04:00)
"Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının birgə təşəbbüskarlığı ilə Konstitusiya Gününə həsr edilmiş konfrans keçirilib.
Azərbaycanda Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının birgə təşəbbüskarlığı ilə Konstitusiya Gününə həsr edilmiş konfrans keçirilib.

"Hazırda müstəqil ölkənin hər bir vətəndaşı Konstitusiyanın müddəalarından bəhrələnə bilir", - Trend-in məlumatına görə, konfransda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

Səfərov qeyd edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra Konstitusiyanın müddəaları Dağlıq Qarabağda yaşayan ermənilərə də aid olacaq.

Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov konfransda çıxışı zamanı bildirib ki, Azərbaycanda ən çox konstitusiya hüququ pozulanlar qaçqınlar və məcburi köçkünlərdir.

"Bütün dünyada konstitusiya hüquqlarının bərpa olunması uğrunda ciddi mübarizə gedir. Ermənistanın işğalı nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün oxumaq, normal yaşamaq hüququ pozulub", - o deyib.

Muradovun fikrincə, gənc nəslə Konstitusiya hüquqları barədə ətraflı məlumat verilməlidir ki, onlar öz Konstitusiya hüquqlarını bilsinlər və onun bərpası istiqamətində işləsinlər.

Tədbirdə İctimai Birliyin üzvü Fərhad Bədəlbəyli çıxış edərək qeyd edib ki, gənc nəsil Qarabağ həqiqətləri barədə daha çox maarifləndirilməlidir.

Konfransda millət vəkili Rövşən Rzayev, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Şuşa rayon Xalq Məhkəməsinin sədri Allahverən Həsənov məruzə ilə çıxış ediblər.

Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib.

Xəbər lenti

Xəbər lenti