...

Azərbaycan boksçuları Rusiyada 2 qızıl, 2 gümüş medal qazanıblar

Cəmiyyət Materials 28 Noyabr 2011 17:55 (UTC +04:00)
Rusiyanın Surqut şəhərində Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku turnirinə yekun vurulub.
Azərbaycan boksçuları Rusiyada 2 qızıl, 2 gümüş medal qazanıblar

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir B.Hacıyev/

Rusiyanın Surqut şəhərində Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan boksçuları yarışı 2 qızıl və 2 gümüş medalla başa vurublar. Kişilərin turnirində Cavid Çələbiyev (52 kq) və Məhəmməd Abdulhəmidov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Çələbiyev həlledici görüşdə Rusiya nümayəndəsi Semyon Stepanovu məğlub edib - 20:16.

Abdulhəmidov isə final qarşılaşmasında Xantı-Mansiysk Muxtar Vilayətinin komandasını təmsil edən Nurəli Əliyev üzərində qələbə qazanıb. Boksçumuzun 12 zərbəsinə rəqib yalnız 6 zərbə ilə cavab verə bilib.

Qadınların yarışında isə 2 boksçumuz gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayzanat Hacıyeva yalnız finalda rusiyalı dünya və Avropa çempionu Sofiya Oçiqavaya uduzub. Yelena Vıstropova (75 kq) qızıl medal uğrunda görüşdə rusiyalı Nadejda Torlopovayla üz-üzə gəlib. Döyüş 10:10 hesabı ilə başa çatsa da, hakimlər qələbəni Torlopovaya veriblər.

Xəbər lenti

Xəbər lenti