...

Avropa İttifaqı Azərbaycan hökumətinə 3,7 milyon manat ayırıb

Cəmiyyət Materials 30 Noyabr 2011 14:55 (UTC +04:00)
Ədliyyə Sahəsində İslahatlara Dəstək proqramı çərçivəsində Avropa İttifaqı Noyabrın 25-də Azərbaycan hökumətinə 3,7 milyon manat ayırıb.
Avropa İttifaqı Azərbaycan hökumətinə 3,7 milyon manat ayırıb

Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir E.Mehdiyev/

Ədliyyə Sahəsində İslahatlara Dəstək proqramı çərçivəsində Avropa İttifaqı noyabrın 25-də Azərbaycan hökumətinə 3,7 milyon manat ayırıb.

Aİ-nin Azərbaycan nümayəndəliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu, Aİ-nin Azərbaycan hökumətinə ədliyyə sahəsində islahatlara dəstək məqsədi ilə ayıracağı 15 milyon manatlıq ümumi dəstək layihəsinin birinci tranşıdır.

Məlumatda qeyd olunur ki, bu vəsait Ədliyyə Nazirliyinin regionlarda təşkilati qabiliyyətinin gücləndirilməsi, yeni Ədliyyə Akademiyasının inkişaf etdirilməsi və penitensiar sistemdə islahatların davam etdirilməsinə yönəldiləcək.

"Bu proqram Aİ və Azərbaycan arasında əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və ölkədə qanunun aliliyinin və ədliyyə sisteminin gücləndirilməsi istiqamətində mühüm bir addımdır", - müvəqqəti işlər vəkili Cerom Pons qeyd edib.

Bu proqram çərçivəsində növbəti iki tranş 2012 və 2013-cü illərdə ayrılacaq.

Xəbər lenti

Xəbər lenti