...

Azərbaycan ombudsmanının təşəbbüsü ilə "Avropa Sosial Xartiyası" mövzusunda seminar keçirilib

Cəmiyyət Materials 30 Noyabr 2011 20:04 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə "Avropa Sosial Xartiyası" mövzusunda seminar keçirilib.

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə "Avropa Sosial Xartiyası" mövzusunda seminar keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş bu tədbir Avropa Sosial Xartiyasının 50, Avropa Şurasının yaradılmasının 60, Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətə başlamasının 50, ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsinin və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etməsinin, həmçinin "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbul edilməsinin 10 illiyinin qeyd edildiyi bir ərəfədə təşkil olunub.

Seminarın məqsədi adı çəkilən Xartiyanın ölkəmiz tərəfindən ratifikasiya edilmiş maddələrinin icrası, habelə Sosial Hüquqlar üzrə Avropa Komitəsinin Xartiya üzrə verilmiş məruzəyə dair tövsiyələrinin yerinə yetirilməsi vəziyyətinin təhlil edilməsi, həmin sənədin bir sıra digər maddələrinin də dövlətimiz tərəfindən ratifikasiya edilməsi perspektivlərinin nəzərdən keçirilməsi və bununla bağlı birgə müzakirələrin aparılması olub.

Xəbər lenti

Xəbər lenti