Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Azərbaycan Nazirlər Kabineti "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edib.
Trend-in cümə günü Nazirlər Kabinetinin rəsmi saytına istinadən yaydığı məlumata görə, dəyişiklikdə qeyd olunur ki, "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.
Verilən əlavələr həmin əməkdaşların təminat xərcliyinə və aylıq əməkhaqqı məbləğinə daxil edilmir.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.