...

Azərbaycanda neft hasilatı ildə 60-65 milyon tona çata bilər

Cəmiyyət Materials 10 Yanvar 2012 11:54 (UTC +04:00)
Azərbaycanda neft hasilatının həcmi ildə 60-65 milyon tona çata bilər.
Azərbaycanda neft hasilatı ildə 60-65 milyon tona çata bilər

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda neft hasilatının həcmi ildə 60-65 milyon tona çata bilər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib.

"Azərbaycanın neft-qaz yataqları olduqca çoxdur. Hazırda Azəbaycan ildə 50 milyon ton neft istehsal edir. Güman edirəm ki, bu rəqəm saxlanılacaq. Bəlkə də 60-65 milyon tona çata bilər", - Əlizadə əlavə edib.

Onun sözlərinə görə, Cənub Xəzər hövzəsinin geoloji tektonik quruluş tarixinin təhlili göstərir ki, burada neft-qaz yataqları olduqca çoxdur.

Əlizadə bildirib ki, qarşıdakı illərdə onların kəşfiyyatının aparılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti