Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda rüşvət alan yol polisləri daxili işlər orqanlarından xaric edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov cümə axşamı Trend-ə bildirib ki, dövlət yol polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı internetdə yayılan video görüntülərə dair aparılan araşdırma yekunlaşıb.
Onun sözlərinmə görə,Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan həmin üç nəfər daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl internetdə yol polisi əməkdaşlarının qayda pozan sürücülərdən rüşvət almasını əks etdirən video görüntülər yayılıb.