Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda daha bir yol bağlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, yeni yol ötürücüsünün tikintisi ilə əlaqədar olaraq dünəndən Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Tbilisi prospektinədək olan hissəsi müvəqqəti olaraq tam bağlanıb.
Yol tikinti işi tam başa çatanadək bağlı olacaq.
Əsədov sürücülərə Tibilisi prospekti istiqamətinə hərəkət etmək üçün Gənclik dairəsi, Mirəli Qaşqay, Vaqif, Salatın Əsgərova və digər kəsişən küçə və yollardan istifadə etməyi tövsiyə edir.
Qeyd edək ki, Bakıda yeni yol ötürücülərinin tikintisi, yolların təmiri ilə əlaqədar bundan əvvəl də bir neçə yol bağlanmışdı.
Bakıda daha bir yol bağlanıb
Bakıda daha bir yol bağlanıb.
