...

Niderlandda 20 yanvar şәhidlәri anıldı

Cəmiyyət Materials 23 Yanvar 2012 08:59 (UTC +04:00)
Yanvarın 21-dә Hollandiyanın Haaqa şәhərindә Niderland-Azәrbaycan Gәnclәr Cәmiyyәti 1990-cu il 20 yanvar şәhidlәrinin Yadetmə Günü adlı iki hissәdәn ibarәt olan altı saatlıq tәdbir keçirdi.
Niderlandda 20 yanvar şәhidlәri anıldı

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 21-dә Hollandiyanın Haaqanın şəhərətrafında Niderland-Azәrbaycan Gәnclәr Cәmiyyәti 1990-cu il 20 yanvar şәhidlәrinin Yadetmə Günü adlı iki hissәdәn ibarәt olan altı saatlıq tәdbir keçirdi.

Yadetmә Gunündә Hollandiyanın bütün bölgәlәrindәn toplaşmış gәnclәr, hollandiyalı qonaqlar, çıxış üçün dәvәt edilmiş şәxslәr və Azәrbaycan sәrfirliyinin numayәndәsi də iştirak etmişdilər.

Tәdbirin keçirilmәsindә mәqsәd Hollandiyada doğulmuş və ya bu ölkәdә boya-başa çatmış Azәrbaycan gәnclәrinə Qanlı yanvar hadisәlәri haqda mәlumat vermәkdәn әlavә, holland ictimaiyyәtinə bu günün tarixi hәqiqәtini vә onun Azәrbaycan xalqının müstәqillik qazanmasında әvәzedilmәz rolunu çatdırmaq idi.

Tәdbirin hәm tәntәnә, hәm mәlumat xarakterli geniş proqramdan ibarәt olan birinci hissәsi saat 13.00-da Haaqanın şəhərətrafı Reysveyk (Rijswijk) şәhәrindә yerlәşәn Hofrüst binasında tәşkil olunmuşdu.

Rəsmi açılısdan sonra şəhidlәrin xatirәsi bir dәqiqәlik sükutla yad edildi vә onların ruhuna dua oxundu. Sonra gәnclәr 1990-cı il yanvarın 20-dә Azәrbaycanın paytaxtı Bakı şәhәrindә baş verәn hadisәlәr haqda xronoloji şәkildә hazırlanmış geniş mәlumat verdilәr. Mәlumatlar bu hadisәlar haqda olan arxiv video materialları ilә müşahidә olunurdu. Daha sonra hәmәn hadisәlәrin canlı şahidi olmuş iki qonaq çıxış etdi. Sonda gәnclәrin özlәri tәrәfindәn hazırlanmıs iki sәnәdli film nümayiş etdirildi. Filmlәr ideya cәhәtdәn emosional tәsirdәn etmәkdәn qat-qat kәnara çıxır, dünyanın istәnilәn nöqtәsindә yaşayan, azәrbaycanlı adını daşıyan her bir kәsin heç nәyi vә heç kimi unutmamağa, Azәrbaycan xalqının şəhidlәrin qanı bahasına әldә etdiyi müstәqilliyinin qorunub-saxlanmasında ölkә xaricindә yaşayan soydaşlarımız tәrәfindәn var gücü ilә çalışmasına, 20 Yanvarın Azәrbaycanın vә azәrbaycanlıların matәm günü kimi deyil, azadlıq rәmzi olan tәntәnә vә qәlәbә günü kimi keçilrilmәsinә dәvәt çağırırdı.

Saat 15.30-da, birinci hissә başa çatdıqdan sonra, tәdbirin ikinci hissәsini keçirmәk üçün gәnclәr avtobuslara, tramvaylara vә şәxsi maşınlara minərək, Haaqa şәhәrinin әn izdihamlı küçәlәrinә getdilәr. Soyuq va yağışlı havaya baxmayaraq, onlar müxtәlif küçәlәrdә Hollandlarin hәrәsinә bir al-qırmızı qızılgül bağışlayır vә, qızılgüllә bәrabәr 20 yanvar hadisәlәri vә onların mahiyyәti haqda bir mәlumat vәrәqәsi vermişdir. Ciçәklәrin vә vәrәqәlәrin paylanması saat 18.00-can davam etmişdir.

Xəbər lenti

Xəbər lenti