...

Ukraynadakı səfirliyimiz Azov dənizində hərəkətini dayandıran gəmilərdəki Azərbaycan vətəndaşlarının vəziyyətini araşdırır

Cəmiyyət Materials 13 Fevral 2012 13:23 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi Azov dənizində buzlanma səbəbi ilə hərəkətini dayandıran gəmilərdə olan 10 Azərbaycan vətəndaşının vəziyyətini araşdırır.
Ukraynadakı səfirliyimiz Azov dənizində hərəkətini dayandıran gəmilərdəki Azərbaycan vətəndaşlarının vəziyyətini araşdırır

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Ukraynadakı səfirliyi Azov dənizində buzlanma səbəbi ilə hərəkətini dayandıran gəmilərdə olan 10 Azərbaycan vətəndaşının vəziyyətini araşdırır.

Səfirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bununla bağlı səfir tərəfindən tapşırıq verilib, hazırda səfirlyinin əməkdaşları bu işlə məşğul olur.

Qeyd edək ki, Azov dənizində, Temryuk limanı yaxınlığında dənizin donması səbəbi ilə 6 gəmi hərəkət edə bilmir. Rusiya KİV-i gəmilərdə 10 Azərbaycan vətəndaşının olduğu barədə məlumat yayıb.

Azərbaycan Dövlət Dəniz Administrasiyasından Trend-ə bildirilib ki, Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzindən həmin gəmilərlə əlaqə saxlanılır və həmin gəmilərdə azərbaycanlıların olub-olmaması və onların vəziyyəti öyrəniləcək.

Xəbər lenti

Xəbər lenti