...

Azərbaycanın bütün orta məktəbləri birnövbəli və beş günlük tədris sisteminə keçəcək

Cəmiyyət Materials 16 Fevral 2012 12:13 (UTC +04:00)
Azərbaycanın bütün orta məktəbləri birnövbəli və beş günlük tədris sisteminə keçəcək.
Azərbaycanın bütün orta məktəbləri birnövbəli və beş günlük tədris sisteminə keçəcək

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanın bütün orta məktəbləri birnövbəli və beş günlük tədris sisteminə keçəcək. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov cümə axşamı"Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib.

Mərdanov həmçinin deyib ki, Azərbaycanda ucqar kənd məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı işlər aparılmalıdır.

"Dünyada rasionallaşdırılma proqramı həyata keçirilir", - o deyib.

Mərdanov qeyd edib ki, Azərbaycanda bunu tətbiq etmək üçün şagirdlərin daşınmasını təşkil etmək və dağ yerlərində yolları qaydaya salmaq lazımdır.

Nazir deyib ki, repetitorluq məsələsi Azərbaycan cəmiyyəti üçün çox problemli məsələdir.

"Uşaqlar ali məktəbə daxil olmamışdan qabaq elə yük altına düşürlər ki, hətta bəzi vaxtda ömürlük xəstə qalırlar. Dünyada repetitorluq təhsil və müəllimi hörmətdən salmaq üçün deyil. Yaxşı müəllimlər tədrisi atıb yalnız repetitorluqla məşğuldurlar və yaxud şagirdləri dərsdən yayındırıb repetitorluğa cəlb edirlər. Çoxları bunu ümumi təhsilin səviyyəsinin aşağı olması ilə bağlayırlar, lakin mən bununla razı deyiləm", - o əlavə edib.

Mərdanov deyib ki, 2020-ci ilədək qarşıya qoyulan hədəf ondan ibarətdir ki, hər sinifdə 1 noutbuk və 1 proyektor, hər şagirddə 1 netbuk və ya planşet olsun, "Elektron məktəb" layihəsinə qoşulan təhsil ocaqlarının sayı 1000-ə çatdırılsın.

Xəbər lenti

Xəbər lenti