...

Bakıda daha bir yola rəqəmsal işıqfor qoyulub

Cəmiyyət Materials 6 Mart 2012 12:36 (UTC +04:00)
Bakıda daha bir yola rəqəmsal işıqfor qoyulub.
Bakıda daha bir yola rəqəmsal işıqfor qoyulub

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda daha bir yola rəqəmsal işıqfor qoyulub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, rəqəmsal işıqfor Neftçilər prospektindən Rəşid Behbudov küçəsinə dönən yerdə, birinci dördyol ayırıcında quraşdırılıb.

İslamov deyib ki, işıqfor Daxili İşlər Nazirliyinin "Siqnal" İdarəsi tərəfindən Nəqliyyat Nazirliyinin sifarişi ilə qoyulub.

Qeyd edək ki, bundan öncə rəqəmsal işıqfor Puşkinlə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qoyulmuşdu.

Xəbər lenti

Xəbər lenti