...

Səfir: Mərakeş dövlət universitetləri ATİ ilə əməkdaşlıqda maraqlıdır

Cəmiyyət Materials 6 Mart 2012 12:18 (UTC +04:00)
Səfir: Mərakeş dövlət universitetləri ATİ ilə əməkdaşlıqda maraqlıdır
Səfir: Mərakeş dövlət universitetləri ATİ ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir İ.İsabalayeva

Mərakeş dövlət universitetləri Azərbaycan Turizm İnstitutu (ATİ) ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunu ATİ-nin rektoru Cəfər Cəfərovla görüşündə Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami deyib.

Səfir ATİ-nin turizm sənayesi üçün kadr hazırlığı sahəsində ixtisaslaşdığını, Mərakeş universitetləri ilə etibarlı tərəfdaş ola biləcəyinə inandığını diqqətə çatdırıb.

Cəfərov qonağa institutun yaranma tarixi, dünyanın nüfuzlu universitetləri ilə əlaqələri, əhəmiyyətli layihələrdə iştirakı, ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında ikili diplom təcrübəsindən danışıb. O, bu ilin əvvəlində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başladığını da qonağın nəzərinə çatdırıb. Rektor Cəfərov Şimali Afrikanın ekzotik mənzərəsinin ünvanı sayılan Mərakeşin dünyada yay və qış turizm diyarı kimi məşhur olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti