...

FHN ilə BMT-nin İnkişaf Proqramı arasında layihə imzalanıb

Cəmiyyət Materials 9 Mart 2012 17:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı arasında "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi imzalanıb.
FHN ilə BMT-nin İnkişaf Proqramı arasında layihə imzalanıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı arasında "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi imzalanıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, layihə bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla BMT-nin Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Fikrət Akçura ilə görüşdə imzalanıb.

"Qloblal İqlim Təşkilatı" tərəfindən təqsdiqlənmiş layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı hazırlığını artırmaqdır.

Görüş zamanı nazir FHN və BMT-nin İnkişaf Proqramı arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.

Qonaq aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşün sonunda FHN ilə BMT İnkişaf Proqramı arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti