...

Martın 22-dən Azərbaycanda hava yenidən dəyişəcək, temperatur aşağı düşəcək

Cəmiyyət Materials 19 Mart 2012 12:26 (UTC +04:00)
Martın 22-si respublikanın şimal rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin yenidən dəyişəcəyi proqnozlaşdırılır.
Martın 22-dən Azərbaycanda hava yenidən dəyişəcək, temperatur aşağı düşəcək

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir İ.İsabalayeva/

Martın 22-si respublikanın şimal rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin yenidən dəyişəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bazar ertəsi Trend-ə bildirib ki, qeyri-sabit hava şəraiti martın 23-də də davam edəcək. Belə hava şəraiti ölkə ərazisində qısa müddət davam edəcək.

Martın 22-də şimal rayonlarında, martın 23-də isə respublikanın bəzi rayonlarında hava şəraiti yağıntılı keçəcək.

Bakı və Abşeron yarımadasında martın 22-si axşama doğru şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Martın 23-də də havanın temperaturu ötən günlərə nisbətən 5 dərəcəyədək enəcək.

Martın 22-si gecə saatlarında və 23-də havanın az yağıntılı olacağı istisna olunmur. Martın 24-dən hava şəraiti yenidən mülayimləşəcək. Martın 24-dən yenidən hava şəraiti yağmursuz olacaq və cənub küləyi əsəcək.

Martın 20 və 21-də mülayim yaz havası davam edəcək. Həmin günlərdə respublikanın əksər rayonlarında hava şəraiti yağmursuz olacaq. Bakı və Abşeron yarımadasında da az buludlu hava şəraiti müşahidə olunacaq. Cənub küləyi üstünlük təşkil edəcək. Yaxın iki gün ərzində havanın temperaturu 16-18 dərəcə olacaq. Martın 22-si axşama doğru cənub küləyi şimal küləyi ilə əvəz olunacaq. Buludluluğun tədricən artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti