Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakının Binə bələdiyyəsinin sədri və iki üzvü korrupsiya cinayətində günahlandırılaraq saxlanılıblar.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən Trend-ə verilən məlumata görə,
Binə qəsəbə bələdiyyəsində sədri Babaxan İsayev və iki bələdiyyə üzvü saxlanılıb.
Onlar rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunurlar.
Faktla bağlı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bakıda bələdiyyə sədri rüşvət aldığı üçün saxlanılıb
Bakının Binə bələdiyyəsinin sədri və iki üzvü korrupsiya cinayətində günahlandırılaraq saxlanılıblar.
