...

Azərbaycan ərazisinin seysmik tomoqrafiyası aparılacaq

Cəmiyyət Materials 2 Aprel 2012 13:58 (UTC +04:00)
Azərbaycan, ABŞ və Gürcüstan seysmoloqları birgə "Azərbaycan ərazisində seysmik tomoqrafiyanın aparılması və təbii zəlzələlərin dərinlik quruluşunun öyrənilməsi" layihəsini həyata keçirəcəklər.
Azərbaycan ərazisinin seysmik tomoqrafiyası aparılacaq

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan, ABŞ və Gürcüstan seysmoloqları birgə "Azərbaycan ərazisində seysmik tomoqrafiyanın aparılması və təbii zəlzələlərin dərinlik quruluşunun öyrənilməsi" layihəsini həyata keçirəcəklər.

Trend-in bazar ertəsi AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, layihənin icrasına bu ilin sonu, gələn ilin əvvəlindən başlanılması nəzərdə tutulur.

Aprelin 2-də layihə ilə bağlı müzakirələrin aparılması üçün ABŞ və Gürcüstanın seysmoloq alimlərinin təmsil olunduğu nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Nümayəndə heyətinə ABŞ-ın Miçiqan Universitetinin professoru Kevin Makkey, Missuri Universitetinin professoru Erik Sondvol, Arizona Universitetinin nümayəndəsi Con Nabelek, ABŞ Yer Təhlükəsizliyi Tədqiqat Mərkəzinin direktor müaviniu Elen Vergino və Gürcüstan Yer Elmləri İnstitunun direktor müavini Tea Godoladze daxildir.

Qonaqlar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. Nümayəndə heyəti AMEA RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti