...

Sənətkarlıq irsi sektorunun davamlı şəkildə inkişaf etdirilməsi üçün yeni layihəyə start verilib

Cəmiyyət Materials 5 Aprel 2012 11:48 (UTC +04:00)
Sənətkarlıq irsi sektorunun davamlı şəkildə inkişaf etdirilməsi üçün yeni layihəyə start verilib
Sənətkarlıq irsi sektorunun davamlı şəkildə inkişaf etdirilməsi üçün yeni layihəyə start verilib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Mehdiyev/

Sənətkarlıq irsi sektorunun davamlı şəkildə inkişaf etdirilməsi üçün yeni layihəyə start verilib.

Trend-in məlumatına görə, "Azərbaycan, Ermənistan və Gürcüstanda Yaradıcı İstehsalatın Gücləndirilməsi: Sənətkarlıq İrsi - İnkişaf üçün Ümumi Platforma" adlı layihə yaradıcı istehsalata və xüsusilə ənənəvi əl işləri sənətlərini, muzey resurslarını və tətbiqi sənət növlərini özündə cəmləşdirən sənətkarlıq irsinə istiqamətlənib.

Sənətkarlıq İrsi sektorunun davamlı şəkildə inkişaf etdirilməsi üçün iştirakçı ölkələrdə istiqamətverici mühitin gücləndirilməsinə, həmçinin bu ölkələr arasında və Aİ ilə əməkdaşlığın artmasına aşağıdakı əsas komponentlər vasitəsilə nail olunacaq: 1) Qiymətləndirici Araşdırmaların Aparılması və Siyasətin İşlənib Hazırlanması: buna Sənətkarlıq İrsinin baza təhlilinin aparılması və xəritəsinin tərtib edilməsi; bu sahənin ən yüksək beynəlxalq təcrübə əsasında sonrakı inkişafını təmin etmək məqsədilə tələbatların müəyyən edilməsi və məsləhətlərin işlənib hazırlanması daxildir; 2) Potensialın Gücləndirilməsi və Məhsulun Sınanması: Avropa mədəni siyasəti üzrə seminar və mədəni statistika; idarəetmə və sahibkarlıq, xarici bazara istiqamətlənmiş istehsalatın inkişaf etdirilməsi üçün Sənətkarlıq İrsi işi üzrə mədəni operatorlar üçün məqsədyönlü treninqlər; təşviq etmə, yerli və xarici marketing və s.; yerli və Avropa bazarlarında məhsulun sınaqdan keçirilməsi; 3) İqtisadi inkşafın və iş yerlərinin yaradılmasının bir mənbəyi kimi Sənətkarlıq İrsi sektoru barədə müxtəlif media vasitələrində, habelə "Mədəniyyət sayəsində İqtisadi inkişaf" adlı beynəlxalq konfrans və digər təbilğat aksiyaları keçirməklə daha geniş auditoriyanı əhatə edən maarifləndirmə kampaniyasının təşkil edilməsi; 4) Şəbəkələnmə: Veb-sayt və digər vasitələrlə əməkdaşlığın inkişaf etdirilməsi, habelə sənətkarların, ustaların və mədəniyyət işçilərinin cəlb olunduğu şəbəkənin genişləndirilməsi və müvafiq Avropa şəbəkələrinə inteqrasiya olunması.

Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Avropa Mədəniyyəti Şərq Tərəfdaşlığı proqramı (Avropa Qonşuluq Tərəfdaşlığı Aktı) tərəfindən həyata keçirilir. Layihə Azərbaycan, Ermənistan və Gürcüstanda yaradıcı İstehsalat, xüsusilə sənətkarlıq irsi sahəsində institusional inkişafa istiqamətlənib.

Azərbaycan tərəfindən bu layihədə EkoSfera Sosial-Ekoloji mərkəzi iştirak edir. EkoSfera Mərkəzi, elmi araşdırma, maarifləndirmə, əhalinin məlumatlandırması, ictimayyətin cəlbolunması, turizm, xüsusilə ənənəvi və sənətkarlıq irsinə əsaslanan müasir sənətlərə istiqamətlənən turizmin inkişaf olunması yoluyla Azərbaycanın Təbii və Mədəni irsinin qorunması və təbliği ilə fəal şəkildə məşğul olan QHT-dır. 1999-cu ildən etibarən "EkoSfera" beynəlxalq və milli təşkilatların (UNDP, UNESCO, Dünya Bankı, ATƏT, Açıq Cəmiyyət İnstitutu AF-Azərbaycan, GIZ, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və s.) maliyyə yardımı ilə 50-ə yaxın layihə həyata keçirib.

Xəbər lenti

Xəbər lenti