...

Türkiyə polisi ölkəyə radioaktiv maddənin gətirilməsinin qarşısını alıb

Cəmiyyət Materials 11 Aprel 2012 15:55 (UTC +04:00)
Ankara polisi çərşənbə günü ölkəyə qanunsuz olaraq gətirilən və nüvə silahının istehsalında istifadə olunan sezium-137 radioaktiv maddəsini ələ keçirib.
Türkiyə polisi ölkəyə radioaktiv maddənin gətirilməsinin qarşısını alıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Tağıyeva/

Ankara polisi çərşənbə günü ölkəyə qanunsuz olaraq gətirilən və nüvə silahının istehsalında istifadə olunan sezium-137 radioaktiv maddəsini ələ keçirib. Bu barədə Trend CNN Turk telekanalına istinadən məlumat verir.

Polisin həyata keçirdiyi əməliyyat zamanı Gürcüstandan Türkiyəyə gedən Almaniya nömrəli maşın dayandırılıb və axtarış zamanı orada 500 qram sezium-137 radioaktiv maddəsi və "Beretta" markalı tapança aşkar edilərək müsadirə olunub.

Sezium-137 maddəsinin Gürcüstandan Rusiyaya aparıldığı güman edilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti