...

İranda 15 terrorçu həbs olunub

Cəmiyyət Materials 12 Aprel 2012 10:12 (UTC +04:00)
İranın Sistan və Bəluçistan əyalətində sünni alim Mövləvi Mustafa Cəngi Zəhini qətlə yetirmiş terrorçu qruplaşmanın 15 üzvü həbs edilib.
İranda 15 terrorçu həbs olunub

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir T.Cəfərov/

İranın Sistan və Bəluçistan əyalətində sünni alim Mövləvi Mustafa Cəngi Zəhini qətlə yetirmiş terrorçu qruplaşmanın 15 üzvü həbs edilib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Cari ilin yanvar ayında İranın Sistan və Bəlucistan əyalətində yerləşən Rask şəhərinin imam cüməsi Mövləvi Mustafa Cəngi Zəhi qətlə yetirilmişdi. Onun cəsədi Çabahar-Sərbaz şossesində tapılmışdı.

İranın Təhlükəsizlik Nazirliyinin bəyanatına görə, araşdırmalar göstərir ki, qətl ABŞ, Britaniya və İsrailin maliyyə dəstəyi ilə vəhhabilərin ölüm fərmanı əsasında və "terrorçu Münafiqlər qruplaşması"nın (Xalq Mücahidləri Təşkilatı) üzvləri tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti