...

Ali məktəblərə imtahansız qəbul olmaq istəyən abituriyentlərin sənəd qəbuluna başlanılır

Cəmiyyət Materials 12 Aprel 2012 15:50 (UTC +04:00)
Aprelin 16-dan Azərbaycan ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq şansı olan abituriyentlərin sənəd qəbulu başlayır.
Ali məktəblərə imtahansız qəbul olmaq istəyən abituriyentlərin sənəd qəbuluna başlanılır

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 16-dan Azərbaycan ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq şansı olan abituriyentlərin sənəd qəbulu başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, "Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı bu kateqoriyadan olan abituriyentlər tələb olunan sənədləri 16 aprel-18 may tarixlərində TQDK-ya və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər.

Tələb olunan sənədlər ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş "Abituriyent ərizəsi" formasının surəti, müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokoldur (protokolun əks olunduğu rəsmi internet saytı göstərilməklə).

Xəbər lenti

Xəbər lenti