...

Azərbaycanda yeniyetmələrin saglamlığının qorunması üçün yeni sistem yaradılır

Cəmiyyət Materials 16 Aprel 2012 14:00 (UTC +04:00)
Azərbaycanda yeniyetmələrin saglamlığının qorunmasına nəzarət edən elektron sistem yaradılır.
Azərbaycanda yeniyetmələrin saglamlığının qorunması üçün yeni sistem yaradılır

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda yeniyetmələrin saglamlığının qorunmasına nəzarət edən elektron sistem yaradılır. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə bazar ertəsi Trend-ə bildirib ki, hazırda yeniyetmələrin dispanserləşdirilməsi ilə bağlı məlumatlar mərhələli şəkildə elektron sistemə yerləşdirilir.

Yeniyetmələrin dispanserləşdirilməsi nəticəsində onlar vaxtlı-vaxtında tibbi müayinədən keçirlər. Tibbi müayinələr zamanı yeniyetmələrin səhhətlərində hansısa bir mənfi dəyişiklik müşahidə edilərsə, o zaman onu vaxtında müalicə etmək üçün tədbirlər görülür.

Əsəd-zadə bildirib ki, sistemdə pasiyentin nə zaman və hansı müayinədən keçməsi, müayinələrin kim tərəfindən aparılması, müayinə nəticəsində nələrin aşkarlanması, aşkarlanmış xəstəliklərlə bağlı hansı tədbirlərin görülməsi və s. qeydiyyata alınır. Bütün bunların nəticəsində yeniyetmələrə göstərilmiş tibbi xidmətlərlə bağlı elektron məlumat bazası yaradılır.

Nazirlik rəsmisinin sözlərinə görə, sistemə ölkədə yeniyetmə kontingentinə xidmət edən bütün ambulator tibb müəssisələrinin qoşulması nəzərdə tutulur. Artıq Bakı üzrə bu işlər aparılıb. Hazırda rayonlar üzrə məlumatların sistemə daxil edilməsi prosesi gedir.

Əsəd-zadə "Vətəndaşların Elektron Sağlamlıq Kartı" sistemi çərçivəsində uşaqlara göstərilmiş tibbi xidmətlərlə bağlı məlumatların qeydiyyatının 2008-ci ildən başlandığını bildirib.

Xəbər lenti

Xəbər lenti