...

Azərbaycanda bu il qeydə alınan nikah və boşanmaların sayı artıb

Cəmiyyət Materials 17 Aprel 2012 17:43 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci rübündə qeydə alınan nikahların və boşanmaların sayı artıb.
Azərbaycanda bu il qeydə alınan nikah və boşanmaların sayı artıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin birinci rübündə qeydə alınan nikahların və boşanmaların sayı artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 17,2 min nikah, 2,6 min boşanma qeydə alınıb.

Ötən ilin müvafiq dövrünə nisbətdə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə (7,6 və 1,1) qalıb.

Belə ki, ötən ilin birinci rübündə ölkədə 16,8 min nikah, 2,4 min boşanma qeydə alınmışdı.

Xəbər lenti

Xəbər lenti