Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/
Vyanada keçiriləcək "Eurovision Gənc Musiqiçilər 2012"-nin (Eurovision Young Musicians 2012) aparıcısının adı açıqlanıb.
Trend çərşənbə günü eurovision.az saytına istinadən xəbər verir ki, mayın 11-də keçiriləcək "Eurovision Gənc Musiqiçilər 2012"-nin final mərhələsinin aparıcılığı Martin Qrubinqerə həvalə olunub.
Mayın 5-i və 6-da keçiriləcək yarımfinal mərhələlərinin aparıcısı isə Pia Strauss olacaq.