...

Azərbaycan-Türkiyə diplomatik münasibətlərin 20 illiyinə həsr olunan müsabiqəyə start verilib

Cəmiyyət Materials 18 Aprel 2012 18:10 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 20 illiyinə həsr olunan müsabiqəyə start verilib.
Azərbaycan-Türkiyə diplomatik münasibətlərin 20 illiyinə həsr olunan müsabiqəyə start verilib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 20 illiyinə həsr olunan müsabiqəyə start verilib. Bu barədə çərşənbə günü Trend-ə Mətbuat Şurasından məlumat verilib.

Şura sədri Əflatun Amaşovun Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Seyid Əhməd Arslanla görüşündə tərəflər hər iki qurumun yaradıcılıq müsabiqəsi keçirməsi ilə bağlı razılığa gəlmişdilər.

İki qardaş dövlət arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunacaq bu müsabiqə "Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq" adlanır.

Münsiflər heyətinin qərarına əsasən, ölkəmizin kütləvi informasiya vasitələrində bir ay (21 aprel - 21 may 2012-ci il) ərzində təqdim olunacaq ən yaxşı 7 mətbu materialın müəlliflərinin Türkiyənin müxtəlif görməli yerlərinə və tarixi bölgələrinə səfərləri təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti